Formula 1 yarışlarının keçirilməsində böyük əhəmiyyət daşıyan və yarış zamanı trasın müxtəlif yerlərində yerləşərək məsuliyyətli vəzifələri yerinə yetirən şəxslər məhz Marşallardır. Marşallar bir neçə növə bölünür və onların hər biri yarışın maneəsiz keçməsinə öz tövhəsini verir. Təbii ki, bu işi yüksək professionallıq və dəqiqliklə yerinə yetirmək üçün Marşallar xüsusi təlimlərdə iştirak etməli və bu bacarıqlara sahiblənməlidirlər.
Bakıda təşkil ediləcək Formula 1 Avropa Qran Prisi yarışlarına Marşalların hazırlanması məqsədi ilə,“Baku Marshals Club”25-29 aprel 2016 ci il tarixlərindəAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyininxilasetetmə və yanğınsöndürmə Marşalları qismində iştirak edəcək əməkdaşları üçün təlimlər təşkil edir.Təlimlərdə ümumilikdə 189 Yanğınsöndürmə və 139 Xilasetmə Marşalları iştirak edəcək.Təlimlər, Bəhreyn Motor –İdman Federasiyasının professional təlimçiləri tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin akademiyasının təlim bazasında aparılacaq.Təlimlər 2 , nəzəri və praktik hissədən ibarətdir.
Qeydlər : Formula 1 Avropa Qran Pri yarışına 1000 yerli marşal və 300 yaxın xarici ölkələrdən gələcək Marşallar iştirak edəcək.