Millimiz Avropa çempionatının seçmə mərhələsində Fransa, İspaniya və Türkiyə ilə eyni qrupda

Kişi və qadınlardan ibarət Azərbaycan milliləri FİBA 3X3 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Newsport.az-ın məlumatına görə,iyulun 1-2-də 3 ölkədə - Hollandiya, Andorra və Fransa keçiriləcək yarışda artıq rəqiblərimiz dəqiqləşib.  

Belə ki, kişilərdən ibarət yığmamız Hollandiyanın paytaxtı Amsterdamda ev sahibləri, Serbiya, Türkiyə, Rusiya, Almaniya, İsveçrə, Slovakiya və Uels milliləri ilə oynayacaqlar. Final mərhələsinə ilk 4 pillədə qərarlaşacaq komandalar yüksələcək.  

Qadınlardan ibarət yığmamız isə Puatye şəhərində ev sahibləri Fransa, həmçinin İtaliya, İspaniya, Türkiyə, Slovakiya, Rusiya və Latviya komandaları ilə 3 vəsiqə uğrunda mübarizə aparacaq. FİBA 3X3 Avropa çempionatının final mərhələsi bu il sentyabrın 2-4-də olacaq. Həlledici mərhələnin keçirilmə yeri hələ dəqiqləşməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right