Cəbrayıl Həsənov qızıl medal qazandı

Serbiyanın Zrenyanin şəhərində keçirilən 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir.

Newsport.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.

İkinci yarış günündə yığmamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb.

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio de Janeyro Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Olimpiya Oyunlarına qazandıqları 12-ci lisenziya olub.

Avropa təsnifat turnirinin finalında Cəbrayıl Həsənovun rəqibi Gürcüstan təmsilçisi Jakob Maxaraşvili olub. Bu görüşü də tam üstünlüklə qələbə ilə başa vuran Cəbrayıl turnirin qızıl medalına yiyələnib. Keçirdiyi bütün görüşləri aşkar üstünlüklə tamamlayan güləşçimiz rəqiblərindən 42 xal alsa da, heç bir rəqibinə xal verməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right