Jurnalistlər arasında şahmat turniri FOTOLAR

Media nümayəndələri arasında şahmat turniri keçirilib. 
Newsport.az-ın məlumatına görə, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi və Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi yarışda 16 jurnalist müzabirə aparıb. Turnir İsveçrə sistemi ilə keçirilib və 7 turdan ibarət olub.
 
Öncə yarış qaydaları haqqında məlumat verilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmisi yarış iştirakçılarına uğurlar arzulayaraq, media nümayəndələri ilə əməkdaşlığın vacibliyindən danışıb. O, turnirin keçirilməsində məqsədin şahmat idman növünü təbliğ etmək, Bakı Şahmat Olimpiadasına dəstək olmaq və jurnalistlər arasında həmrəyliyi möhkəmləndirmək olduğunu qeyd edib.
 
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yerə Futbolinfo.az saytının əməkdaşı Ceyhun Əliyev, 2-ci yerə ANN.az-ın redaktoru Cavid Ramazanov, 3-cü yerə isə Avrofutbol.com saytının əməkdaşı Elmidar Əliyev layiq görülüb.
 
Qaliblər təşkilatçılar tərəfindən pul mükafatı, bütün iştirakçılar isə sertifikatla təltif olunublar.
Sonda xatirə şəkli çəkdirilib.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right