Bakı Şahmat Olimpiadasından 1000 AZN qazanmaq imkanı

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotunu seçmək üçün milli yaradıcılıq müsabiqəsi elan edir. 

Newsport.az-ın məlumatına görə, iştirak üçün çəkdiyiniz maskotun rəsmini (eskiz) və özünüz haqda məlumat, eyni zamanda əlaqə nömrənizi[email protected] ünvanına göndərmək xahiş olunur.

Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçılara yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə yalnız Azərbaycan vətəndaşları qatıla bilər. Müraciətlər aprelin 9-na qədər qəbul ediləcək. Qalib iştirakçıya 1000 AZN pul mükafatı və Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə iki nəfərlik dəvətnamə hədiyyə olunacaq.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. (Əməliyyat Komitəsinin mətbuat xidməti)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right