Azərbaycanlı idmançı Gürcüstanda ölkə çempionu oldu

Tbilisidə bodibildinq və fitnes üzrə Gürcüstanın V Milli Çempionatı keçirilib.

Newsport.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, yarışda Dmanisi bələdiyyəsinin Qəmərli kəndindən olan azərbaycanlı idmançı Kənan Gülməmmədov da qüvvəsini sınayıb.

Soydaşımız “Men’s Physique” kateqoriyasında uğur qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Gürcüstan çempionu tituluna yiyələnib. Kənan Gülməmmədov münsiflər heyəti tərəfindən fiziki hazırlığı, bədən proporsiyaları və səhnə təqdimatına görə yüksək qiymətləndirilib.

Çempionatda ümumilikdə 18 atlet müxtəlif kateqoriyalar üzrə mübarizə aparıb. Nəticədə 8 idmançı öz kateqoriyasında qalib adını qazanıb.

Yarışda Gürcüstanın idman naziri Şalva Qoqoladze də iştirak edib.

Digər kateqoriyalarda Geno Davitaadze, Qaqa Qoqiaşvili, Nino Okropiridze, Teona Dadaşkeliani, İrakli Zoidze və Kristina Tsiklauri də çempion olublar.

Yarışın nəticələrinə əsasən Geno Davitaadze, Qaqa Qoqiaşvili və Nino Okropiridze dünya çempionatında iştirak etmək hüququ əldə ediblər. 2026-cı ilin Avropa çempionu Mindia Çinçarauli də dünya çempionatında Gürcüstan millisinin heyətində çıxış edəcək.Tbilisidə bodibildinq və fitnes üzrə Gürcüstanın V Milli Çempionatı keçirilib.

Newsport.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, yarışda Dmanisi bələdiyyəsinin Qəmərli kəndindən olan azərbaycanlı idmançı Kənan Gülməmmədov da qüvvəsini sınayıb.

Soydaşımız “Men’s Physique” kateqoriyasında uğur qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Gürcüstan çempionu tituluna yiyələnib. Kənan Gülməmmədov münsiflər heyəti tərəfindən fiziki hazırlığı, bədən proporsiyaları və səhnə təqdimatına görə yüksək qiymətləndirilib.

Çempionatda ümumilikdə 18 atlet müxtəlif kateqoriyalar üzrə mübarizə aparıb. Nəticədə 8 idmançı öz kateqoriyasında qalib adını qazanıb.

Yarışda Gürcüstanın idman naziri Şalva Qoqoladze də iştirak edib.

Digər kateqoriyalarda Geno Davitaadze, Qaqa Qoqiaşvili, Nino Okropiridze, Teona Dadaşkeliani, İrakli Zoidze və Kristina Tsiklauri də çempion olublar.

Yarışın nəticələrinə əsasən Geno Davitaadze, Qaqa Qoqiaşvili və Nino Okropiridze dünya çempionatında iştirak etmək hüququ əldə ediblər. 2026-cı ilin Avropa çempionu Mindia Çinçarauli də dünya çempionatında Gürcüstan millisinin heyətində çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right