Avropa çempionatı: Azərbaycanın 2 boksçusu 1/4 finala vəsiqə qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin 2 üzvü 1/4 finala vəsiqə qazanıb.

Newsport.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib.

Döyüş Azərbaycan boksçusunun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Görüş sentyabrın 22-də olacaq.

Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gələn İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.

Yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right