Azərbaycan boksçularından 2 qələbə Avropa çempionatı

Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.

Newsport.az xəbər verir ki, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günü rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü çıxışını qələbə ilə başa vurub.

Nəbi İsgəndərov (70 kq) startda Miloş Poqanoviçlə (Monteneqro) gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, sentyabrın 19-da 1/8 finalda Fabian Tomkiçlə (Xorvatiya) döyüşəcək.

Seyid Seyidov (85 kq) da 1/16 final görüşünü xeyrinə bitirib. Təmsilçimiz İdris Leqanesi (Belçika) 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü sentyabrın 18-də 1/8 finalda ilk mərhələdən azad olan Adrian Rikardo (İspaniya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right