“Gəncə”nin baş məşqçisinin köməkçilərindən biri məlum oldu

“Gəncə” basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub.

Klubdan Newsport.az-a verilən məlumata görə, bu, Davit Korcadzedir.

Gürcüstanlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə bağlanıb. Korcadze böyük assistent funksiyasını yerinə yetirəcək.

33 yaşlı çalışdırıcı ilk dəfə vətənindən kənarda işləyəcək. O, buna kimi ölkəsində “Batumi” və “Burji” klublarında fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right