“Sabah” basketbol klubu Litvada təlim-məşq toplanışında üçüncü yoldaşlıq oyununu keçirib.
Newsport.az xəbər verir ki, "bayquşlar" “London Lions”la qarşılaşıb və 82:86 hesabı ilə məğlub olub.
Təlim-məşq toplanışının əvvəlində "Sabah" Litvanın “Yuventus” (84:89) və “Şaulyay” (92:80) klubları ilə üz-üzə gəlib.
Azərbaycan çempionu sentyabrın 6-da "Jalgiris"lə (Litva) qarşılaşacaq.