Azərbaycan klubundan basketbolçusu ilə yeni müqavilə

“LANDAU Lions” basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha 1 il uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Boyu 192 sm olan və “shooting guard” mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanın U-20 millisinin heyətində Avropa çempionatının B divizionunda ölkəmizi təmsil edib.

Məmmədzadə ötən mövsüm ölkə çempionatında gümüş medallar qazanan kollektivin heyətində yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right