Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.

Bu barədə Newsport.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib. Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.

Ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right