Bakı çempionatı keçirildi

Bakı Şəhər Gənclər və İdman İdarəsi, həmçinin Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçığı ilə iyulun 29-da avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutan çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qüvvəsini sınayıb.

İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə mübarizə aparıblar.

Bundan başqa, iştirakçılar ilk dəfə olaraq qarışıq növdə də (mix) yarışıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onlar arasında rəqabətin gücləndirilməsidir.

437507eb-fe0c-494c-83ce-78e2c3762c85.jpg

7e6be851-b424-4ff4-aa97-32216dbe0ad1.jpg

72debedc-5bcf-4a77-976a-479a4d1afbb0.jpg

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right