İyulun 12-də Abşeron rayonu Mehdiabad qəsəbəsində Mehdiabad Boks Mərkəzində Cənub İdman Klubunun təşkilatçılığı və dəstəyi ilə şəhidlərin xatirəsinə həsr olunmuş klublararası boks turniri keçirilib.
Newsport.az xəbər verir ki, yarışda müxtəlif idman klublarını təmsil edən 120-yə yaxın idmançı gücünü sınayıb. Turnirdə Respublika Kompleks İdman məktəbinin yetirmələri 1-ci, Cənub İdman Klubu 2-ci, “Neftçi” İdman Cəmiyyəti isə 3-cü yeri tutmuşdur.
Qaliblərə medalları şəhid ailələrinin üzvləri, qazilər təqdim ediblər.
Xatırladaq ki, əməkdar məşqçi Samir Həsənovun rəhbərlik etdiyi Cənub İdman Klubu bu cür tədbirləri tez-tez təşkil edir, yeniyetmə və gənclərin idmana olan maraqlarının artırılması üçün layiqincə fəaliyyət göstərir.