Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti uğura imza atıb.

Bu abrədə Newsport.az-a Azərbaycan Atıcılıq Federasiyasından (AAF) bildirilib.

Qeyd olunub ki, atıcı 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.

Ruslan Lunev təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub, birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right