Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək

2026-2027-ci il mövsümündə Azərbaycanın dörd voleybol klubu avrokuboklarda iştirak edəcək.

Newsport.az xəbər verir ki, eni mövsümdə ölkəmizi Avropa arenasında iki qadın və iki kişi komandası təmsil edəcək. Son ölkə çempionları “Turan” və “Xilasedici” klubları CEV Çempionlar Liqasında, çempionatın gümüş mükafatçıları “DH Volley” və “ORDU” komandaları isə CEV Çelenc Kubokunda çıxış edəcəklər.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn  formatda keçiriləcək. Püşkün nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right