“Neftçi” Marseldə çempion oldu

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin görüşləri keçirilib.

Newsport.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi” qrup lideri kimi 1/4 finala yüksəlib.

“Neftçi” 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. Finalda güclü Kanada yığması ilə üz-üzə gələn təmsilçimiz, gərgin mübarizənin yekununda 9:15 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin çempionu olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right