Naxçıvanda cüdoçular üçün dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri üçün dan dərəcələri üzrə seminar və imtahan keçirilib.
 
Newsport.az-ın məlumatına görə, İyunun 29-da başlayan proqram çərçivəsində ACF-in Təhsil şöbəsinin mütəxəssisləri İbrahim Aslanov və Elçin Mayılov iştirakçılara dan dərəcələrinin verilməsi qaydaları barədə məlumat verib, nəzəri və praktiki hazırlıq keçiblər. İyulun 3-də keçirilən yekun imtahanda tələbləri uğurla yerinə yetirən məşqçilərə qiymətləndirmənin nəticələrinə əsasən ACF tərəfindən müvafiq dan dərəcəsi üzrə sertifikat təqdim olunub.
 
Qeyd edək ki, dan seminarı və imtahanı Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq və məşqçi sertifikatlaşdırılması üçün zəruri mərhələlərdən biridir. Tədbirin məqsədi məşqçilərin dan sistemi üzrə bilik və bacarıqlarını qiymətləndirmək, həmçinin onların peşəkar inkişafını dəstəkləməkdir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right