Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

Newsport.az xəbər verir ki, son yarış günündə Əjdər Bağırov (-100 kq) Azərbaycan millisinin aktivinə növbəti medalı yazdırıb. Cüdoçumuz gümüş mükafata sahib çıxıb.

Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (-66 kq) qızıl, Rəşad Yelkiyev (-66 kq) gümüş, Kamran Süleymanov (-73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığmamız 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci və üçüncü pilləri bölüşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right