Rafael Fiziyev nakautla qazandı, Nazim Sadıxov məğlub oldu "UFC Fight Night" turniri

Bu gün Bakıda "UFC Fight Night" turniri keçirilir.

Newsport.az xəbər verir, bu, yarış Milli Gimnastika Arenasında təşkil olunur. Döyüşlər saat 17:00-da başlanıb. Əsas qarşılaşmalar saat 20:00-da start götürüb.

İlkin görüşlərdə təmsilçilərimiz Tahir Abdullayev braziliyalı Ceferson Nasimentoya, Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolana qalib gəlib.

Əsas görüşlərdə isə günün ilk qarşılaşmasında Almaniyadan Abus Maqomedov polşalı Mixal Olekseyçuka qalib gəlib. Rusiya təmsilçisi İkram Aliskerov braziliyalı Bruno Ferreyrayadan üstün olub. Qazaxıstan təmsilçisi Asu Almabayev ABŞ-dən Çarlz Consonu məğlub etməyi bacarıb.

Əsas görüşlərdə mübarizə aparan təmsilçimiz Nazim Sadıxov Braziliyadan olan rəqibi Mateus Kamiloya nakautla uduzub.

UFC Fight Night turnirinin əsas kartında diqqətçəkən döyüşlərdən biri Rusiyadan Şarabutdin Maqomedovla braziliyalı Mişel Pereyra arasında baş tutub. Qarşılaşmadan Rusiya təmsilçisi hakimlərin qərarı ilə qalib ayrılıb. 

Günün digər maraqla gözlənilən döyüşündə isə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı İqnasio Bahamondes Torreslə qarşılaşıb. O, rəqibini ikinci raundun başlanğıcında erkən nakauta göndərərək görüşdən qalib ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right