Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisi medal hesabını açıb.
Newsport.az xəbər verir ki, Əhməd Yusifov (-60 kq) bürünc mükafata yiyələnib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.
Qeyd edək ki, sabah daha 4 cüdoçumuz mübarizəyə qoşulacaq.