Əşrəf Haimi məhkəmə qarşısına çıxacaq

Mərakeş millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi bir qadına təcavüz ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Newsport.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Futbolçunun tərəfinin verdiyi apellyasiya şikayəti rədd edilib və işə cinayət məhkəməsində baxılacaq. Bildirilir ki, dinləmələr zamanı Fransa millisinin hücumçusu Kilian Mbappe də şahid qismində ifadə vermək üçün çağırılacaq.

Xatırladaq ki, 2023-cü ildə Həkimiyə 24 yaşlı qadına qarşı təcavüz ittihamı ilə rəsmi ittiham irəli sürülmüşdü. Bundan sonra o, məhkəmə nəzarəti altına alınmışdı.

27 yaşlı futbolçu 2021-ci ildən PSJ-də çıxış edir. O, Paris təmsilçisinin heyətində Fransa çempionatının 5 qat qalibi olub, həmçinin 2 Fransa kuboku, 3 Fransa Superkuboku və Qitələrarası kubok qazanıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right