Azərbaycan komandaları bu gün Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri bu gün Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Newsport.az xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək. İspaniyada təşkil olunacaq qarşılaşma saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.

Kişilərdən ibarət komanda isə İspaniya seçməsi ilə görüşəcək. Rumıniyadakı oyun saat 20:00-da başlayacaq. İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right