Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə start verib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən "UzChess Cup" ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.

Azərbaycan Şahmat Federasiyasından Newsport.az-a verilən məlumata görə, ən güclülərin yarışdığı "Masters" bölümündə ölkəni təmsil edən Ş.Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.

Yarışın "Challenge" bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right