Əjdərovdan Avropa çempionatında bürünc medal

Azərbaycanın güllə atıcısı İslam Əjdərov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Newsport.az xəbər verir ki, 18 yaşadək idmançıların mübarizəsində oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yarış boyunca yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirən İslam Əjdərov yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Gərgin keçən yarışların yekununda İslam Əjdərov çempionatı bürünc medalla başa vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right