Sahib Ələkbərov: "Zəngəzur dəhlizi ilə Naxçıvana getmək istərdik"

"Ən böyük arzumu artıq müəyyənləşdirmişəm. Amma məndən asılı olmayan məsələlər də var".

 

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov deyib. 

 

O, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana daxil olmağı arzuladığını bildirib: "Vaxt var idi ki, velosipedçilərin Ağsu aşırımından keçmələrini arzulamışdım. Onu çox rahatlıqla gerçəkləşdirdik. İndi Kəlbəcəri istəyirəm. Ondan sonra isə belə bir fikrim var: Xəritə ilə bura qədər gəldiyimiz kimi, dairəni də qapadaq. Vacib deyil ki, yenə 5 mərhələ olsun. Qoy, 7, 10 mərhələ olsun. Kəlbəcərdən sonrakı arzum Naxçıvandır. Zəngəzur dəhlizi işləyən kimi, istərdim ki, velosipedçilər Naxçıvana gedək, dövrə vuraq və bunu hamıya göstərək". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right