Sahib Ələkbərov: Özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm

"Üçüncü mərhələni də uğurla başa vurduq. Mən özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm".

Newsport.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasınln I vitse-prezidenti Sahib Ələkbərov mətbuat konfransında deyib. 

O bildirib ki, iştirakçılar Azərbaycan yollarının çox gözəl olduğunu deyirlər: "Qəbələdən Mingəçevirədək hər şey möhtəşəm idi. Bu tək mənim yox, əcnəbi qonaqların fikridir".

Qeyd edək ki, üçüncü mərhələdə Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa qızıl, belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") gümüş, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right