"Azərbaycan veloyürüşlərə ev sahibliyi edən top ölkələrdəndir" - Roland Hofer

"Bu yarışın çox böyük sponsorları var. 20 ölkə 24 komanda 4 qitəni əhatə edir. Sözün həqiqi mənasında beynəlxalq yarışdır. Bütün dünya Euposport vasitəsilə mübarizəni izləyəcək".

Newsport.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi veloyürüşünün texniki direktoru Roland Hofer deyib. 

Onun sözlərinə görə, 10 mayda start götürəcək turnirdə ilk dəfə aralıq sprint yarışı olacaq. Hofer veloyürüşə tam hazır olduqlarını bildirib: "Qəzasız çox maraqlı turun keçməsini arzulayıram".

Hofer yarışın səviyyəsindən də söz açıb: "Azərbaycan veloyürüşlərə ev sahibliyi edən top ölkələrdəndir" Ev sahibliyi səviyyəsi həqiqətən də çox yüksəkdir. Gələn mövsümdən kateqoriyanın 2.1-dən yuxarı qalxması mümkündür". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right