Liqa 1-i tərk edəcək ikinci klub bəlli oldu

Fransa Liqa 1-i tərk edəcək ikinci klub müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Mets"dən sonra "Nant"ın da elita ilə vidalaşacağı dəqiqləşib.

Erik Blahiçin rəhbərlik etdiyi kollektiv 33-cü turda səfərdə "Lans"a 0:1 hesabı ilə uduzub. "Nant" mövsümün bitməsinə bir tur qalmış 16-cı pillədəki "Oser"dən 5 xal geri qalır.

"Sarı-yaşıllar" növbəti mövsümdə Liqa 2-də mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right