Azərbaycan qran-prisi üçün rekord sayda müraciət

Bu il keçiriləcək “Formula 1” üzrə Azərbaycan qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.

Bu barədə Newsport.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub.

Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil etmişdi.

Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 24-26-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right