“Böyük Dəbilqə”: Məmmədəliyev bürünc medal üçün mübarizə aparacaq

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

Newsport.az xəbər verir ki, 26 yaşlı idmançı yarımfinalda yerli idmançı Muhiddin Asadulloyevə uduzub.

O, üçüncü bürünc mükafat qazanmaq üçün digər tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gələcək.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. “Böyük Dəbilqə” mayın 3-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right