Azərbaycan komandası Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasını 9 medalla başa vurub.
Newsport.az xəbər verir ki, yarışın son günündə yığma daha 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) qazanıb.
Sonuncu finaldan sonra yarışa yekun vurulub.