Qurbanova Avropa üçüncüsü oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Newsport.az xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşi üzrə millimiz ilk medalını qazanıb.

Günay Qurbanova (59 kq) bürünc medal uğrunda görüşdə belaruslu Marta Hetmanava ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 7:5 hesablı qələbəyə sevinən 18 yaşlı güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və böyüklər arasında Avropa çempionatında debütünü medalla qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right