Azərbaycan millisi “Çempionlar” turnirində üçüncü oldu

Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turniri başa çatıb.

Newsport.az xəbər verir ki, turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.

Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right