Beş güləşçimiz mübarizəyə başlayır Avropa çempionatı

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.

Newsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə başlayacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right