Kotsoyev diskvalifikasiya edildi, Azərbaycan Avropa çempionatını 4 medalla bitirdi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

Newsport.az xəbər verir ki, Zelim Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa “hansoku-make” aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, yığma qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right