Bakı Kristal Zalı şahmat festivalına ev sahibliyi edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Baku Open” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Newsport.az xəbər verir ki, mötəbər turnir aprelin 28-dən mayın 6-dək Bakı Kristal Zalında təşkil olunacaq.

Festival üç qrupda (A, B, C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Yarış çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı da baş tutacaq.

“Baku Open”in mükafat fondu 50 000 ABŞ dolları təşkil edir. Turnirin açılış mərasimi aprelin 28-nə planlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right