Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda 11 ölkə iştirak edəcək

Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.

Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.

Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right