Tofiq Musayevin UFC-də ilk qələbəsi

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev turnirdə növbəti döyüşünə çıxıb.

Newsport.az xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Musayevin UFC-də ikinci döyüşü və ilk qələbəsi olub. O, daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub (22 iyun, 2025-ci il). 

İqnasio Bahamondes Azərbaycan döyüşçüləri üçün tanışdır. O, sonuncu dəfə Bakıdakı Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right