Azərbaycanlı güləşçiyə 4 illik cəza verilib

Azərbaycan güləşçisi Sabir Cəfərov 48 aylıq diskvalifikasiya olunub.

Bu barədə Newsport.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib. Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin, idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right