Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Newsport.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 təmsilçisi mübarizəyə qoşulacaq.
Kamran Süleymanov (73 kq) 1/32 finalda Rey Marinsklə (Belçika), Hidayət Heydərov (73 kq) 1/16 finalda Zelemxan Batçayevlə (Belçika) qarşılaşacaq.
Qadın cüdoçuların yarışında isə 1/16 finalda Südabə Ağayeva (70 kq) Nino Qulbani (Gürcüstan) ilə, Aytac Qardaşxanlı (70 kq) isə Şirincon Yuldoşovayla (Özbəkistan) üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Turan Bayramov (66 kq) ötən gün gümüş medal qazanıb.