“Böyük Dəbilqə”: Heydərov “bürünc” uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

Newsport.az xəbər verir ki, o, təsəlliverici qarşılaşmada Gürcüstanı təmsil edən Giorgi Teraşviliyə qalib gələrək, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Azərbaycan təmsilçilərinin hesabında bir gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right