Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın və “Real”ın hücumçusu Kilian Mbappeni qarşıdakı oyunlar üçün düşərgəyə dəvət edib və onun fiziki vəziyyətinə münasibət bildirib.
Mbappe zədəli olduğu üçün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçirilən ilk oyunda (3:0) komandasına kömək edə bilməmişdi. Cavab matçında isə (2:1) oyuna əvəzləmədən qoşularaq, 25 dəqiqə meydanda olmuşdu.
Newsport.az “Madridxtra”-ya istinadən xəbər verir ki, fransalı mütəxəssis, Mbappe ilə müntəzəm əlaqədə olduğunu söyləyib:
“Martın 22-də onun üçün vacib oyun var – “Atletiko” ilə görüşdə, gözlənildiyi kimi, iştirak edəcək. Mən onunla müntəzəm əlaqədə olmuşam. Təbii ki, Mbappe öz səviyyəsini göstərir və komandaya əhəmiyyətli təsir edir. Gəlin, onun “Atletiko” ilə oyundan sonra necə hiss edəcəyini görək”.
Deşam bildirib ki, Mbappe “Real”ın “Mançester Siti” ilə cavab matçında hazır olub.