Azərbaycan millisi Türkiyədə bürünc medal qazanıb

Azərbaycanın 14 yaşadək oyunçulardan ibarət basketbol millisi Türkiyədə keçirilən “EVOQ Challenge Cup” turnirində uğurlu çıxış edib.

Newsport.az xəbər verir ki, yığma Yalova şəhərində təşkil olunan yarışda güclü rəqiblərlə mübarizə apararaq yekunda üçüncü pilləyə sahib çıxıb.

Turnirin qalibi “Fənərbaxça” olub. İkinci yeri isə “İstanbul Büyükşehir Belediyesi” komandası tutub.

Beləliklə, Azərbaycan millisi turniri bürünc medalla başa vuraraq, mükafatçılar sırasında yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right