Azərbaycan millisi FIBA Çempionlar Kubokunda ikinci oldu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

Newsport.az xəbər verir ki, finalda Niderland millisi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.

Milli daha əvvəl ABŞ-a qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı.

Turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right