Azərbaycan millisi FIBA Çempionlar Kubokunun finalına yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

Newsport.az xəbər verir ki, yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələn yığma 22:20 hesablı qələbə qazanıb.

Azərbaycanın həlledici mərhələdəki rəqibi Kanada və Niderland millilərindən biri olacaq.

Turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right