Azərbaycanın stolüstü tennisçilərindən Avrasiya Liqasında uğurlu debüt

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında uğurlu çıxış ediblər.

Newsport.az xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet ilk dəfə olduğu üçun yarışın 2-ci liqasında mübarizə aparıb.

1-ci turda finaladək keçirdiyi 8 oyundan 7-də qalib gələn komanda yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb.

Yarışın növbəti turunun oyunları 28-31 may tarixlərində olacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan komandalar Super Liqaya vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right