Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FİBA Çempionlar Kubokunda yarımfinala yüksəlib.

Newsport.az xəbər verir ki, komanda B qrupunun sonuncu matçında İspaniya ilə qarşılaşıb. Yığmamız 16:11 hesabı ilə qalib gəlib. Azərbaycan millisi daha əvvəl Kanadaya uduzub (10:16), Tailandı (21:8) üstələyib. Nəticədə yığma qrupda 2-ci yeri tutub və yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, turnirin qalibi olan komanda 2027-ci il , FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right