Azərbaycan güləşçisi reytinq turnirinin qalibi adını qazandı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə reytinq turniri davam edir.

Newsport.az xəbər verir ki, eyni çəkidə bir təmsilçimiz yarışın qalibi olub, digəri gümüş medal qazanıb.

63 kq çəki dərəcəsində Ziya Babaşov çempion olub, Sakit Quliyev gümüş mükafat əldə edib.

Həmyerlilərimizin final görüşü 1:1 hesabı ilə yekunlaşıb və Babaşov ilk xal prinsipinə əsasən qalib elan edilib.

63 kq-da güləşən Murad Məmmədov mübarizəni 1/8 finbalda dayandırıb.

67 kq çəkidə Məhəmməd Şükürzadə isə bürünc medal görüşündə uduzub





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right