Azərbaycan çempionatının bağlanış mərasimi keçirildi

Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində qaliblərin mükafatlandırma mərasimi baş tutub.

Kişilər arasında Məhəmməd Muradlı, qadınlarda isə Ülviyyə Fətəliyeva Azərbaycan çempionu olub.

Yarışın mükafat fondu 92 min manat təşkil edib. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right